“Samsung” qatlanan ekrana sahib smartfonunu təqdim etdi

samsung-qatlanan-ekrana-sahib-smartfonunu-teqdim-etdi
Oxunma sayı: 1605

“Samsung” şirkəti ötən gün San-Fransiskoda Galaxy Fold adlandırdığı qatlanan ekrana sahib yeni smartfonu təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Galaxy Fold-un əsas özəlliklərindən biri də eyni anda “YouTube”, “Whatsapp” və “Google”u açmağın mümkünlüyüdür. 

“Samsung”un marketinq üzrə baş vitse-prezidenti Castin Denison bildirib ki, qatlanmış vəziyyətdə onu smartfon, açılmış vəziyyətdə isə planşet kimi istifadə etmək olar. 

Smartfon altı kameraya sahibdir və dörd rəngdə buraxılıb. Aprelin 6-dan satışa çıxacaq avadanlığın qiyməti 1980 dollar olacaq. 

Bundan başqa, “Samsung” ötən gün Galaxy S10, Galaxy S10e və Galaxy S10 Plus telefonlarını təqdim edib. Galaxy S10 Plus-un cəmi 6 kamerası mövcuddur. Buna qədərki digər smartfonlardan fərqli olaraq ən yüksək rəng ötürücülüyünə sahibdir. 

Yeni simsiz enerji yüklənməsi texnologiyası sayəsində bir telefondan digərinə enerji yükləmək mümkün olacaq. Smartfon iki sim-kartı dəstəkləyir. 

Ekranın altında dünyanın ilk ultrasəs barmaq izi skaneri yerləşir. Bunun sayəsində barmağınız yaş olsa belə telefonu çalışdıra biləcəksiniz.