Samsung Service Plaza – - artıq Bakıda!

samsung-service-plaza-
Oxunma sayı: 1970



Samsung dünya brendinin mobil qurğularını Azərbaycanda artıq daha rahat və etibarlı şəkildə əldə etmək mümkündür. Belə ki, Bakıda Samsung brendinin mobil qurğulara xidməti üzrə firma mərkəzi fəaliyyətə başlayıb.  Fətəli Xan Xoyski prospektində yerləşən Samsung Service Plaza  eksklüziv xidmət mərkəzi 8 qəbul məntəqəsi və Samsung məhsullarının yoxlanılması və təmiri üçün ən müasir texnoloji avadanlıqla təchiz edilmiş böyük əməliyyat blokundan ibarətdir. Sahəsi 175 m.2 təşkil edən komfortlu gözləmə zonası sayəsində Samsung Service Plaza bir iş günü ərzində 200-yə yaxın müştərini qəbul edə bilər.

Mərkəzin mütəxəssislər komandası Koreya, Rusiya və Qazaxıstanın səlahiyyətli xidmət mərkəzlərində təlim keçib və fəaliyyət göstərdikləri illər ərzində GSM standartlı telefonların bütün modellərinin təmiri sahəsində böyük təcrübə toplayan yüksək səviyyəli peşəkarlardan ibarətdir. Bununla belə, onlar daima yeni texnologiyaları öyrənir və yenilikləri izləyirlər. Qeyd edək ki, “SAMSUNG” brendinin avtorizasiyası üzrə Qafqaz mərkəzləri arasında Samsung Service Plaza Azerbaijan altıncı (ən yüksək) səviyyəyə malikdir. 

Samsung Service Plaza daima xidmətin innovasiyalı formatını tətbiq etməklə Samsung texnikası sahiblərinə göstərilən xidmətin keyfiyyətinə böyük önəm verir və gələcəkdə də innovativ xidmət üsullarını təqdim etməyi  planlaşdırır. Misal üçün, yaxın zamanlarda Mərkəzdə gözləyən müştərilərə smartfonların və planşetlərin daha geniş və dərin istifadəsi üzrə pulsuz təlim keçmək, habelə, Samsung brendinin müxtəlif qurğularının əlaqə imkanları ilə tanış olmaq təklif olunacaq.

Samsung Service Plaza Samsung mobil qurğularına xidmət üzrə infrastrukturu, şirkətin məhsullarının nümayiş etdirilən zonasını, həmçinin, onların satışını bir araya gətirən kompleks layihədir. Samsung Service Plaza-nın digər xidmət mərkəzləri ilə müqayisədə əsas üstünlüyü nümayış (demo) zonasının mövcudluğudur. Demo-zonada malları əyani surətdə dəyərləndirmək və onların ən müxtəlif cəhətlərini gözdən keçirmək olar. Burada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirib əldə etmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq mümkündür. Şəkillərə  baxış, tətbiqilərin yüklənilməsi,  İnternetə  çıxış və digər xidmətlərdən bilavasitə Samsung Service Plaza da yararlanmaq olar. 

Yeni Plazaya baş çəkən müştərilər Samsung şirkətinin ən yeni smartfonlarının geniş çeşidi, portativ foto-, video- və audiotexnika ilə tanış ola və onları yerində sınaqdan keçirə bilərlər. Eyni zamanda, servis mərkəzinin mühəndisləri müştərilərə konsultasiya verir, müxtəlif növ Samsung texnikalarına zəmanət və zəmanətdən sonrakı xidməti, eləcə də ekspress-təmir xidmətlərini göstərirlər.

Samsung Service Plaza Azerbaijan-ın ünvanı: Azərbaycan, Bakı ş., Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 106. Sizi maraqlandıran suallarla bağlı *7979  qısa nömrəyə və yaxud   [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.