“Counterpoint Research” şirkətinin analitikləri “Samsung” şirkətinin hər bir “iPhone X” modelinin satışından 110 dollar qazanacağını açıqlayıb.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu qiymətə “Samsung”un “Apple”ın yeni modeli üçün istehsal etdiyi batareya, kondensator və OLED ekran daxildir.
Proqnozlara əsasən növbəti 2 ildə 130 milyon “iPhone X” modelinin satılacağı bildirilir.
“Samsung” şirkəti özünün istehsal etdiyi “Galaxy S8” modelindən isə 202 xalis gəlir əldə edir. Növbəti 2 il ərzində bu smartfondan 50 milyon satılacağı, beləliklə, şirkətin öz modelinə nisbətən “iPhone X”dan çox gəlir əldə edəcəyi proqnozlaşdırılıb.