“Samsung” tam çərçivəsiz smartfonun patentini aldı - Foto

samsung-tam-cercivesiz-smartfonun-patentini-aldi
Oxunma sayı: 1795

Bu ayın sonunda biz yeni flaqman modelləri olacaq “Galaxy S9” və “S9+” smartfonlarını görəcəyik.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin yeni patenti tamamilə çərçivəsiz olan smartfon modelini əks etdirir.

Həmin tam çərçivəsiz ekrana sahib smartfon həm də ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da özündə birləşdirir.

Həmçinin patent sorğusunda cihaz ekranına müxtəlif səviyyədə kliklərdən istifadə edən yeni innovasiyalı naviqator sistemi də əks olunub. Smartfon blokda olan zaman ekranın aşağı mərkəz hissəsi barmaq izi skanı texnologiyasına çevrilir. İsitfadəçi isə sözügedən hissəyə klikləyərək smartfonu blokdan çıxarda bilər. Həmin hissəyə daha bərk klikləyərək istifadəçi mikrofon funksiyası aktiv edilir.

Çox güman ki, söhbət “Bixby” səsli köməkçisindən gedir. Barmaq izi skanı hissəsinə daha da bərk kliklədikdə istifadəçiyə tətbiqlər siyahısı açılır. Bu cür prinsip ilə smartfonun digər interfeysləri də çalışır. Məsələn “Back” sensorlu düyməsini bərk kliklədikdə istifadəçi kamera və digər funksiyalara aid sürətli keçid panelini əldə edir. Lakin bu cür smartfonda ön kameranın harda və necə yerləşəcəyi böyük maraq doğurur.