“Samsung” və “Xiaomi” də yeni modellərini təqdim etdi

samsung-ve-xiaomi-de-yeni-modellerini-teqdim-etdi
Oxunma sayı: 2715

13 sentyabrda “Apple” şirkətinin yeni “iPhone” smartfonlarını təqdim etməsindən sonra “Samsung” və Xiaomi” də öz məhsullarını satışa çıxarıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Samsung”un orta qiymət seqmentinə aid yeni “Galaxy A7” smartfonu bundan əvvəl şirkətin istehsalı olan qurğularda tətbiq edilməmiş 2 funksiya ilə təchiz edilib.

Cihazda  şüşə və metaldan istifadəyə əsaslanan dizayndan istifadə edilib. Sözügedən aparat 3 qat əsas kamera ilə təchiz edilib ki, bu da “Galaxy” istehsal xəttinə məxsus smartfonlar üçün bir ilk sayıla bilər.

Bundan başqa, yaxın vaxtlarda təqdim edilmiş “Galaxy J6+” aparatında olduğu kimi, yeni modelin də kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb. Yeni qurğu Full HD+ təsvir ölçülü 6 düymlük “Super AMOLED” displey, 2,2 QHs takt tezlikli 8 nüvəli prosessor və 4 QB + 64 QB, 4 QB + 128 QB, 6 QB və 128 QB-lıq yaddaşla təchiz edilib.

3 qat kamera F1.7 diafraqmalı 24 meqapiksellik əsas obyektiv,  F2.4 diafraqmalı 8 meqapiksellik genişbucaqlı obyektiv və portret şəkillər üçün F2.2 diafraqmalı 5 meqapiksellik dərinlik sensorundan ibarətdir. “Selfi” şəkillər üçün F2.0 diafraqmalı süni intellekt texnologiyasına əsaslanan 24 meqapiksellik kamera tətbiq edilir. Smartfon 2 SİM kart, “Dolby Atmos” dəstəkləyir və sürətli enerjidoldurma imkanına malik 3300 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Göy, qara, qızılı və çəhrayı rəngli korpuslarda əlçatan olan smartfonun qiyməti 407 dollar təşkil edəcək.

Çinin “Xiaomi” şirkəti isə “Mi 8 Lite” smartfonunu təqdim edib

Bu smartfon nazik çərçivəyə malik böyükölçülü displey və süni intellektə malik ikiqat əsas kamera ilə təchiz edilib. Yeni qurğu 2280x1080 piksel təsvir ölçülü 6,26 düymlük displeyə malikdir.

Cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəli “Qualcomm Snapdragon 660” prosessoru və “Adreno 5012” qrafik sürətləndiricisi ilə təchiz edilib.

Əsas kamera 2 datçik (12 və 5 meqapiksellik), işıq diodu işıqlandırıcısı və çəkiliş səhnələrinin intellektual tanınması sisteminə malikdir. Ön kameranın təsvir ölçüsü 24 meqapiksel təşkil edir. Barmaq izlərinin skaneri mövcuddur.

Qalınlığı 7,5mm olan aparatın çəkisi 169 qr-dır. Telefon yenilənmiş “MIUI” əməliyyat sistemi əsasında işləyir. Akkumulyator batareyasının tutumu 3350 milliamper/saat təşkil edir. Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu 128 QB-dır. “MicroSD” yaddaş kartlarından istifadə mümkündür.

Həmçinin “Wi-Fi 802.11ac 2×2 MIMO” və “Bluetooth 5 LE” simsiz rabitə modulları, “GPS/QLONASS” qəbuledicisi və “USB Type-C” portu mövcuddur.

“Xiaomi Mi 8 Lite” smartfonu qara, mavi və qızılı rəngli korpuslarda satılacaq. Modelin qiyməti 204 dollardan başlayacaq.