“Samsung” yeni telefonunu təqdim etdi - Fotolar

samsung-yeni-telefonunu-teqdim-etdi
Oxunma sayı: 4752

“Samsung” şirkətinin qapaqlı modeli W2018 rəsmi olaraq Çində təqdim olunub.

“Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, “Samsung” W2018 iki ekrana sahibdir. Onlardan birini hətta smartfon bağlı olduqda da işlətmək olar. Onun korpusu metaldan hazırlanıb, barmaq izi skanı isə arxa paneldəki kameranın yanında yerləşdirilib.

Smartfon 2 ədəd 4.2 inç-lik AMOLED ekranı (Gorilla Glass 5 qoruyucu şüşəli), 2.35 GHz tezlikli 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/256 GB daxili yaddaş, f/1.5 diafraqmalı 12 MP-lik arxa və 5 MP-lik ön kamera, 2300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Şarj prosesi isə USB Type-C girişi vasitəsilə reallaşdırılır. Smartfon klaviaturasının yuxarı hissəsində həmçinin göz qişası skanı da mövcuddur.

Şirkət W2018-in qiyməti barəsində hələki heç bir məlumat verilməyib.