“Samsung”un əyilə bilən modelinin adı məlum oldu

samsungun-eyile-bilen-modelinin-adi-melum-oldu
Oxunma sayı: 1629

“Samsung” şirkətinin ilk əyilə bilən smartfon modelinin ehtimal edilən adı barəsində məlumat ortaya çıxıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, hindistanlı məşhur insayder İşan Aqarvalın sözlərinə görə, həmin model “Galaxy Winner” adı ilə satışa çıxacaq.

Dəqiq ad rəsmi olaraq 20 fevral tarixində bilinəcək. Həmin gün “Samsung” şirkəti özünün “Galaxy S10” seriyası ilə yanaşı, həmçinin ilk əyilə bilən smartfon modelini də təqdim edəcək.