“Samsung”un varisi azadlığa çıxdı

“Samsung”un varisi azadlığa çıxdı
Oxunma sayı: 972

Texnologiya nəhəngi “Samsung”un varisi, avqustdan etibarən Cənubi Koreyada həbsxanada saxlanılan Li Ca-Yonq azadlığa buraxıldıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, haqqında açılan rüşvət cinayətinə görə 5 il həbs cəzası verilən Ca-Yonq Ali Məhkəməyə müraciət edib.

Şikayəti dəyərləndirən məhkəmə onun cəzasının 2,5 ilini təxirə salıb. Bununla da Li sərbəst buraxılıb.

Qeyd edək ki, “Samsung”un idarə heyətinin sədr müavini olan Li sabiq dövlət başçısı Park Qeun-Hyenin vəzifədən çıxarılmasına səbəb olan rüşvət qalmaqalı çərçivəsində mühakimə edilərək məhkum edilmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi