“Samsung”un zavodlarından biri bağlanır

samsungun-zavodlarindan-biri-baglanir
Oxunma sayı: 990

“Samsung” şirkəti Çində mobil ichazların istehsalı ilə məşğul olan iki zavoddan birini bağlayır.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, həmin zavodda 2600 nəfər insan çalışır.

Məlumata görə, işçilərə kompensasiya ödəniləcək, bir hissəsi isə şirkətin digər zavodlarına yönləndiriləcək.

Zavodun bağlanmasının əsas səbəbinin ölkədə “Samsung” məhsullarına tələbatın azalması göstərilir. Bununla belə “Samsung”un öz smartfonlarının istehsal miqyasını kiçiltməyəcəyi bildirilir.