Samur-Abşeron kanalında qadın meyiti tapılıb

samur-abseron-kanalinda-qadin-meyiti-tapilib
Oxunma sayı: 1069

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfər Samur-Abşeron kanalına düşüb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın cəsədi (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.