Samuxda ər arvadını bıçaqladı

samuxda-er-arvadini-bicaqladi
Oxunma sayı: 1511

Samuxda qadın bıçaqlanıb. "Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun Qarayeri kənd sakini, 1964-ci il təvəllüdlü D. Məhərrəmova qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat olunan qadının vəziyyəti kafi qiymətləndirilir. İlkin məlumatlara görə, onu həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli