Sanatoriyadakı yanğın söndürüldü

sanatoriyadaki-yangin-sonduruldu
Oxunma sayı: 2757

Bakıda sanatoriya binasında yanğın başlayıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" sanatoriyasında baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, şöbəyə gətirilənlərdən 2 nəfəri azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə, hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər".

***

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumatda bildirilir ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub.