“Sanballı oyun keçirdik” - Fedotov

sanballi-oyun-kecirdik
Oxunma sayı: 922

“Neftçi”ylə oyunda artıq ilk dəqiqələrdə bir neçə qol vura bildik. Sanballı oyun keçirdik və təlim-məşq toplanışları arasında qısa istirahətə əla əhval-ruhiyyədə yollanırıq”. “Qafqazinfo” xəbər verir ki, bu fikiləri Rusiyanın "SKA-Xabarovk” klubunun futbolçusu Vitali Fedotov bildirib.

Antalyadakı təlim-məşq toplanışında “Neftçi”ni 8:1 hesabıyla məğlub etdikləri oyun haqda düşüncələrini bölüşən yarımmüdafiəçi matçın güclü yağış altında keçməsinin əlavə təsirinin olmadığını hesab edir: “Yağış prinsipcə, normaldı.

Futbol istənilən havada oynanılır. Xabarovskda mənfi 15 dərəcədə oynayırıq və bu, heç də asan deyil. İstənilən hava şəraitinə uyğunlaşmaq lazımdı. Əlbəttə, hava oyuna hansısa təsirini göstərdi. Topun qayıdışı, meydanda sürüşmə fərqli idi. Ancaq kombinasiyalı futbol oynamağa və yerlə ötürmələdən daha çox istifadə etməyə çalışırdıq”.