Sançes “Mançester Yunayted”ə, Mxitariyan isə “Arsenal”a keçdi - Foto

sances-mancester-yunaytede-mxitariyan-ise-arsenala-kecdi
Oxunma sayı: 1564

İngiltərənin “Arsenal” klubunun çilili futbolçusu Aleksis Sançesin “Mançester Yunayted”ə transferi yekunlaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

Məlumat əsasən, hər iki klubun razılığa gəldiyi və Sançes ilə Henrik Mxitaryanın dəyişdirildiyi açıqlanıb.

Xatırladaq ki, Sançes 2014-cü ildə “Barselona”dan “Arsenal”a keçib. Mxitaryan “Dortmunt” Borussiyasını 2016-cı ildə “Mançester Yunayted”ə dəyişmişdi.