“Şans “Xəzər Lənkəran”dan yan keçir” – Müsahibə

sans-xezer-lenkerandan-yan-kecir-musahibe
Oxunma sayı: 639

- Sizcə “Xəzər Lənkəran”nın son 3 turda uğursuz çıxış etməsinin səbəbi nədədir?
- Mənə elə gəlir ki, şans “Xəzər Lənkəran”dan yan keçir. Futbolçuların tez-tez cəza alması istənilən nəticəni almağımıza mane olur.

- “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Bakesin komandaya adaptasiya olmağı üçün hələ də vaxt lazımdır?
- Baş məşqçimiz hələ çox yenidir. O, komandanı tam yığa bilməyib. Futbolçuları yeni tanımağa başlayır. Bunun üçün heç şübhəsiz ki, vaxta ehtiyacımız var.

- İlin sonunda hər hansı bir futbolçu ilə yollar ayrılacaqmı?
- Bu barədə danışmaq hələ tezdir,ilin sonunu gözləmək lazımdır. Məşqçimizlə bir yerdə oturub bu məsələni müzakirə edəcəyik. İndi əsasən qarşımızda olan oyunlar haqqında düşünürük.

Hal-hazırda “Xəzər Lənkəranda ən zəif bənd kimdir? Konkret olaraq hansı mövqeyə yeni transfer lazımdır?
- Transfer etmək planımız var, ancaq bunun kim olacağı və konkret olaraq hansı mövqeyə ediləcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Bütün bunlar üçün səbir edib ilin sonunu gözləyəcəyik.

- Qarşıda “Xəzər Lənkəran”ı “Neftçi” ilə prinsipial oyun gözləyir. Keçən il qeydə alınan 5-0 kimi ağır məğlubiyyətdən sonra komanda bunun əvəzini çıxa biləcəkmi?
- “Neftçi” ilə oyuna çox güclü hazırlıq prosesi gedir. Məşqlərdə hamı əlindən gəldiyi qədər ciddi hazırlaşır ki, oyunda qələbə qazana bilək. İnanıram ki, bu oyunda sevinən tərəf biz olacağıq.

İqbal