“Şanslı bilet” lotereya kampaniyasının 1-ci tirajı keçirildi

sansli-bilet-lotereya-kampaniyasinin-1-ci-tiraji-kecirildi
Oxunma sayı: 650

Azercell Telekom MMC-nin “Eurovision 2012” ərəfəsində start verdiyi “Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasının 1-ci tirajı keçirilib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, ilk tirajda 135 nəfər Azercell abunəçisi “Eurovision 2012” finalına bilet qazanıb. Məlumat üçün bildirək ki, “Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasına qoşulmaq çox asandır. Belə ki, sadəcə 29 AZN ödəməklə Eurovision USB modemini alan abunəçilər Azercell nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə Azercell tərəfindən daha 2 tiraj təşkil olunacaq (8 may və 22 may tarixlərində). Keçirilən tirajlarda 26.05.2012 tarixində “Bakı Kristal Zal”-da keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinin final konsertinə toplam 400 bilet oynanılacaq.

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə kampaniya çərçivəsində alınmış Eurovision USB modemlərinə hədiyyə olaraq cari və növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 AZN (ƏDV daxil) ödəyir.

Nigar Məmmədli