“Sara” 6 gün sonra kinoteatrdan yığışdırılıb - Açıqlama

sara-6-gun-sonra-kinoteatrdan-yigisdirilib
Oxunma sayı: 653

Aprelin 5-də təqdimatı olan “Sara” filmi uğur qazanmayıb.  

“Qafqazinfo” xəbər verir ki, dram janrında çəkilən film bu ayın 7-də Nizami Kino Mərkəzində yayımlanmağa başlayıb. 

Elvin Əhmədovun rejissorluq etdiyi ekran işi 6 gündən sonra ( 13 aprel) kinoteatrdan yığışdırılmağa başlayıb.  Səbəb isə filmə marağın və bilet satışının az olmasıdır. 

Kinoteatrın rəsmisi  Arzu Əhədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, tamaşaçıların dram janrında çəkilən filmlərə marağı azdır:

“Bu ilin əvvəlindən yerli filmlər arasında ən çox baxılan film “Stalinin başı”dır. İkinci “Hoqqa”, üçüncü isə “Niyə?” filmləridir. Deməli, kinoteatrla distribyuter arasında sublisenziya adlı müqavilə bağlanılır. Kinolar repertuara çıxarılır. Vaxtı bitdikdən sonra repertuardan çıxarılır. Lakin, filmin uzun müddət yayımlanmasına səbəb tələbatdan asılıdır. İndi ən çox komediya janrında filmlərə çox baxılır. “Sara” filmi cəmi 1 həftə yayımlanıb. Drama janrında idi, tamaşaçı isə bu tipli filmlərə çox az baxır”. 

Xatırladaq ki, filmdə xalq artisti Rasim Balayev, Qurban İsmayılov, Aysel Nazim və başqaları rol alıb.