Sara televiziyada işə başladı

sara-televiziyada-ise-basladi
Oxunma sayı: 1883

ABŞ Prezidenti Donald Trampın keçmiş mətbuat katibi Sara Sanders “Fox News” telekanalında şərhçi vəzifəsində işə başlayıb. “Qafqazinfo” xəbər verir ki, telekanalın mətbuat üçün açıqlamasında onun ilk efirinin sentyabrın 6-da baş tutacağı bildirilib.

Sanders “Fox News” holdinqinə daxil olan bütün KİV-lərdə siyasi xəbərləri şərh edəcək.

Qeyd edək ki, S. Sanders 2017-2019-cu illərdə D. Trampın mətbuat katibi vəzifəsində çalışıb. Sara bu vəzifəni cari ilin iyununda tərk edib.

“Fox News” Trampın sevimli telekanalı hesab edilir. Prezident tez-tez onun efirində çıxış edir və müsahibə verir.