Şarapovanın seçimi “Porsche” oldu

sarapovanin-secimi-porsche-oldu
Oxunma sayı: 645

Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Almaniyanın lüks avtomobil istehsalçısı 26 yaşlı rus tennisçi ilə 3 illik müqavilə imzalayıb.

Mariya Şarapova keçən il Almaniyanın Ştudqart şəhərində keçirilən beynəlxalq tennis yarışının qalibi olub və mükafat kimi həmin vaxt ona ağ rəngli “Porsche 911 Carrera S Cabriolet” avtomobili verilib.

Qeyd edək ki, Şarapova daha öncə 3 il müddətində “Land Rover”in reklam siması olub.