Saratovda terror aktının qarşısı alınıb

Saratovda terror aktının qarşısı alınıb
Oxunma sayı: 1032

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində antiterror əməliyyatı keçirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə FTX-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, FTX-nin əməkdaşları terrorçuların olduğu avtomobili saxlamağa çalışıblar. Bu zaman silahlılar atəş açıb. Atışma zamanı silahlılar yaralı olaraq ələ keçirilib.

Hadisə yerində TT və PM markalı tapança, qumbara və əldə hazırlanmış partlayıcı maddə aşkar edilib.

Saxlanılanların terror aktı planlaşdırdığı məlum olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi