Saray qəsəbəsində yanğında 1 nəfər xəsarət aldı

saray-qesebesinde-yanginda-1-nefer-xesaret-aldi
Oxunma sayı: 1384

Abşeron rayonunun Saray qəsəbəsində sex yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 600 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində həcmi 5 kub.m olan qırla dolu çəllək və 25 büküm ruberoid yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.