Sarayda İri Kuklalar çıxış edəcək

sarayda-iri-kuklalar-cixis-edecek-
Oxunma sayı: 667

Sarayın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, teatr xüsusi hazırladığı yeni proqramla, “YENİ İL MADAQASKARDA” adlı musiqili tamaşayla azyaşlı tamaşaçılarımız qarşısında çıxış edəcək.

Yalnız iki gün davam edəcək “KUKLA-SHOW”-da uşaqlar, MADAQASKAR cizgi filmində gördükləri animasiyalardan əlavə, Şaxta baba və Qarqızın çıxışlarını da izləyə biləcəklər.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “YENİ İL MADAQASKARDA” musiqili tamaşasının biletləri artıq satışdadı.

Biletlərin qiyməti 5 manatdan - 25 manata qədərdir.

Nigar Məmmədli