Sarayda narkotik “parnik”i tapıldı

Sarayda narkotik “parnik”i tapıldı
Oxunma sayı: 2516

Abşeronda küllü miqdarda narkotika tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşları Saray qəsəbəsində xüsusi əməliyyat həyata keçiriblər. 

Polisə daxil olmuş məlumata əsasən Abşeron rayon Saray qəsəbə Şıxəli Qurbanov küçəsi ev 9 ünvanında vətəndaş 52 yaşlı Həsən Hüseynovun öz həyətində xüsusi aqrotexniki qulluqla becəriıən   narkotik maddə olan çətənə kollarının olduğu müəyyən edilib. Əraziyə baxış keçirilib və 53 ədəd çətənə kolu kötüyündən  çıxarılaraq zərərsizləşdirilib. 

Saxlanılan  52 yaşlı narkotikanı həm şəxsi istifadəsi həmdə satmaq niyyəti ilə becərdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi