Sari Aşığın yaradıcılığı bir kitabda toplandı

sari-asigin-yaradiciligi-bir-kitabda-toplandi
Oxunma sayı: 694

"Media forum" saytı xəbər verir ki, “Gül dəftəri” adlanan kitabı şair İlham Qəhrəman tərtib edib.

Kitab “Adiloğlu” mətbəəsində çapdan çıxıb. Ədəbiyyatşünas-alim Salman Mümtazın xatirəsinə həsr olunmuş kitabın redaktoru Məsiağa Məhəmmədi, korrektoru Nigar İlhamqızıdır. Nəşrin tərtibatı zamanı kitabın üz qabığında rəssam Yusif Mirzənin “Xatirə” və “Sevgi” əsərlərindən istifadə edilib.

Kitabda sözlük və yer adlarının izahı da verilib.

“Gül dəftəri”ndə Sarı Aşığın müxtəlif mənbələrdən götürülmüş 1000-ə yaxın bayatısı, 8 şeiri, 14 tapmaca-bağlaması, haqqında bir sıra rəvayətlər yer alıb. Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirməyə, cinasları anlaşıqlı şəkildə təqdim etməyə çalışıb.

250 səhifəlik kitabın satış qiyməti 5 manatdır. “Gül dəftəri”ni əldə etmək istəyənlər (050) 647 45 91 nömrəli telefona zəng edə və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.