“Sarı gəlin” üçün Yaponiyadan Azərbaycana gəldi - Video

sari-gelin-ucun-yaponiyadan-azerbaycana-geldi
Oxunma sayı: 3331

Yaponiyalı musiqi həvəskarı “Sarı gəlin”i ifa etmək üçün Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Yamamoto adlı qadın Azərbaycanın xalq mahnısını əməkdar artist Sevda Ələkbərzadənin ifasında dinləyib və sevib. Sevda qonağı ilə birgə çəkilmiş videosunu sosial şəbəkədə paylaşaraq yazıb: 

“Xanım Yaponiyadan gəlib. Pərəstişkarımdır. Axtarıb-axtarıb, axır ki, istədiyinə nail olub. Yamamoto “Sarı gəlin”i məni dinləyərkən öyrənib. Onun virtual müəlliməsi hesab olunuram”. 
Yamomoto daha sonra Azərbaycan xalqını Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib.