“Sarı jilet”lərin 4-cü aksiyasına 89 min polis səfərbər ediləcək

sari-jiletlerin-4-cu-aksiyasina-89-min-polis-seferber-edilecek
Oxunma sayı: 1146

Fransada 8 dekabrda “Sarı jilet”lər aksiyasının 4-cü mərhələsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Eduard Filip ölkə üzrə ümumilikdə 89 min polisin həmin gün səfərbər ediləcəyini açıqlayıb.

Aksiya günü bir çox mağaza və ticarət mərkəzi işləməyəcək, yüzlərlə məktəb və liseylərdə dərslər keçirilməyəcək. Luvr, eləcə də onlarla digər muzey, Eyfel qülləsi kimi turist zonaları da bağlı olacaq.

Bundan başqa, Fransada həftə sonu müxtəlif divizionlar üzrə keçirilməsi nəzərdə tutulan üçün 547 matçın vaxtı dəyişdirilib.

Qeyd edək ki, Fransada bir neçə gündür benzin qiymətlərinin qaldırılmasına etiraz edilir. Aksiyaların genişlənməsindən sonra Fransa hökuməti geri addım atıb və qiymət artımının 2019-cu ilin sonuna qədər dondurulması barədə qərar verib.

Buna baxmayaraq, aksiyaçılar indi də prezident Emmanuel Makronun istefasını tələb edirlər.