“Sarı jiletlilər” İsraildə aksiyaya başladı

sari-jiletliler-israilde-aksiyaya-basladi
Oxunma sayı: 1660

İsrailin paytaxtı Tel-Əvivdə “sarı jiletlilər”in üsyanı başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qiymət artımına qarşı başlayan aksiyada yüzlərlə insan iştirak edir. Mitinqçilərdən 10-u ictimai asayişi pozduğuna və polisə hücum etdiyinə görə həbs edilib. 

Qeyd edək ki, İsraildə gələn ildən istehlak mallarının qiyməti 2%-dən 4,5%-dək artacaq.