“Sarı jiletlilər” Londonda körpünü bağladı - Video

sari-jiletliler-londonda-korpunu-bagladi
Oxunma sayı: 1714

BöyükBritaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan “Brexit” sazişinin tərəfdarları Londonda Vestminster körpüsünü bağlayıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları sarı jilet geyiniblər. Mitinqin keçirildiyi yerə polis toplanıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada “sarı jiletlilər”in aksiyası başlayıb. Daha sonra bu hərəkat bir çox Avropa ölkəsinə yayılıb.