“Sarı jiletlilər” polis maşınına hücum edib, 26 nəfər saxlanılıb

sari-jiletliler-polis-masinina-hucum-edib-26-nefer-saxlanilib
Oxunma sayı: 703

Fransanın Lion şəhərində “sarı jiletlilər” hərəkatının iştirakçıları polis maşınına hücum ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüntülər polis maşınındakı şəxslər tərəfindən lentə alınıb. 

Nümayişçilər tıxacda qalan avtomobilə daş tullayıblar. Sükan arxasındakı qadın polis ağlamağa başlayıb. 

Fransa daxili işlər naziri Kristof Kastaner tvitter hesabından baş verənləri “dözülməz şiddət” adlandırıb. 

Bununla yanaşı, ötən gün polis Parisdə 26 hərəkat üzvünü saxlayıb. Paytaxt küçələrinə təxminən 5000 nəfər çıxıb, bütün ölkə ərazisində isə onların sayı 41500-ə çatıb.