“Sarı jiletlilər” sakitləşmir - Yeni aksiya üçün çağırış edildi

sari-jiletliler-sakitlesmir
Oxunma sayı: 1662

“Sarı jiletlilər” Fransa prezidenti Emmanuel Makronun minimum maaşların 100 avro artırılacağı, 2 min avrodan az olan maaşlardan vergi alınmayacağına dair təminatlarının kifayət etmədiyini bildiriblər.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “Sarı jiletlilər”in sözçülərindən biri Erik Drue nümayişçiləri 15 dekabr günü yeni aksiyaya çağırıb.

Qeyd edək ki, 17 noyabrdan etibarən keçirilən aksiyalar neftin qiymətinin bahalaşması və sosial problemlərə etirazla başlasa da, daha sonra prezident Emmanuel Makronun istefa tələbi ilə davam edib.

Aksiyalarda 4 mindən çox saxlanılan var.