“Sarı jiletlilər”dən xəbərdarlıq - “Daha böyük aksiya olacaq”

sari-jiletlilerden-xeberdarliq
Oxunma sayı: 1415

“Sarı jiletlilər” Parisdə növbəti daha böyük aksiya keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, mitinqçilər yanvarın 19-da  hərəkətə keçəcək. Etiraz aksiyaları Tuluza, Bordo, Lilli Ruan, Marsel və digər şəhərlərdə keçiriləcək. 

Xatırladaq ki, “sarı jiletlilər”in yanvarın 12-də keçirilən aksiyası zamanı 240-dan çox etirazçı tutulmuş, 24 nəfər xəsarət almışdı.