Sarımsakçı Bakıya gəlir

sarimsakci-bakiya-gelir
Oxunma sayı: 2972

 

"Qafqazinfo"ya daxil olan məlumata görə, dünyaca tanınmış iş adamı Azərbaycan bazarında alternativ enerji ehtiyatlarını öyrənmək niyyətindədi. Bir çox Avropa və Amerika ölkələrində bu tip layihələrlə məşhurlaşan Sarımsakçı Azərbaycan bazarında da eyni xarakterli layihələr həyata keçirmək ümidindədi. “Küləklər şəhəri” paytaxtımızda küləkdən və günəş şüasından enerji yaradılması üçün müxtəlif pilot layihələrlə Bakıya qonaq gələn Sarımsaqçı 2014-cü ildən işə başlamağı düşünür. Bu layihələrin gerçəkləşməsi enerji ehtiyatlarına qənaət olunması və ekoloji mühitin çirklənməsinin qarşısının alınması tədbirləri baxımından əhəmiyyətlidi.

Xatırladaq ki, 1997- ci ildən ABŞ-a köçən türk iş adamı bu ölkənin mediyasının diqqətini çəkən layihələrə imza atıb. Onun “Alterra International” Şirkəti Dallasda yerləşən ən hündür binanın tiktinitisinə və ekoloji təmiz enerji təminatına cavabdehdi. Hazırda bu şəhərdə yerləşən  bir çox müəssisələrin və yaşayış binalarının tikitntisi və alternaiv enerji təminatı cavabdehliyi Mükemmel Sarımsaqçının şirkətlərinə məxsusdu.