Sarımsaq çayı eşitmişdiniz? - Hazırlanma qaydası və faydaları

sarimsaq-cayi-esitmisdiniz
Oxunma sayı: 4634

Sarımsaq ölümdən başqa bütün dərdlərə dərmandır. Onu qəbul etməyin müxtəlif formaları var.

“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, sarımsağı əzdikdə çıxan şirəsi müalicə üçün daha effektivdir.

Amma birbaşa bu şirəni içmək mədə-bağırsaq üçün zərərlidir. Ona görə bu məqsədlə sarımsaq çayı hazırlanır.

Bu çayın hazırlanma reseptini təqdim edirik:

Hazırlamaq üçün 5 diş sarımsaq təmizlənib, pressdə əzilir. Sıyıq kimi kütlənin üzərinə 1 limonun suyu sıxılır. Bu qarışımın üzərinə 95 dərəcə istilikdə su əlavə olunur.

Çay 4-5 hissəyə bölünüb, gün ərzində isti, ilıq halda içilir. Əgər dad vermək istəsəz, 1 çay qaşığı bal əlavə edə bilərsiz

Faydaları:

- Sarımsaq çayı zərərli toksin və mikorqanizmləri öldürür, immun sistemini möhkəmləndirir. 

- Qrip, zökəm, iltihabi xəstəliklərdə içilə bilər.

- Ürək, qan-damar sistemini möhkəmləndirir, infeksiyalarla mübarizə aparır, qanda yaxşı xolesterini artırır, təzyiqi stabilləşdirir, orqan və toxumaları normal qan ilə təmin edir.

- Mədə-bağırsağı detoks edir, qaraciyəri təmizləyir, qurdları, parazitləri tökür. Bədəndə olan qurğuşun və civəni çıxarır. Maya göbələklərini məhv edir.

- Müntəzəm istifadə etdikdə insanı cavan saxlayır.