Sarımsaq tarlasında 10 milyon

sarimsaq-tarlasinda-10-milyon-
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyənin “Milliyət” qəzetinə istinadən məlumatına görə, pulun, internet üzərində qeyri-qanuni qumar oynayan və biri həbsdə olan iki qardaşa aid olduğu bildirilir.

Qayınlarının pulu tarlada basdırmaqda onlara kömək etdiyi, lakin sonra onun bir hissəsinin oğurladığı deyilir.

Polisin verdiyi məlumata görə, adı yalnız Lee olaraq açıqlanan 52 yaşında olan qayın ölkənin cənub-qərbindəki Gimjedə bir sarımsaq tarlası satın alıb.

Qumar oynadıqları üçün polis tərəfindən təqib edilən qardaşlar Leedən pulu gizlətməyi xahiş ediblər. Nəfsinə məğlub olan Lee gecə-gündüz işləyərək, qablara doldurduğu pulu tarlada basdırıb. Lee sonradan qardaşlardan xəlvət həmin pulun 350 min dollarını özünə götürüb. Lakin Lee pulu tarlada ona köməkçi olaraq işləyən bir nəfərin oğurladığı ittihamını irəli sürüb. Haqsız yerə günahlandırılan işçi polisə xəbər vermək məcburiyyətində qalıb.