Sarkisyan ayda 30 litr konyak içir

sarkisyan-ayda-30-litr-konyak-icir
Oxunma sayı: 2398


Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında hər ay 25-30 litr konyak içilir.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə Ermənistanın dövlət büdcəsindən spirtli içkilərin istehsalı ilə məşğul olan fransız şirkəti “Perno Rikar”a 1 milyon dram  köçürülüb. Bu barədə “Joqovurd” qəzeti yazıb. 

Qəzetin yazdığına görə, prezident iqamətgahı bu məbləğə 20 illik tarixə malik “Nairi” markasından 390, 7 litr konyak alıb.

“Prezident iqamətgahı hər ay təxminən 1 milyon dram dəyərində konyak alır. Əgər bunu litrə çevirsək, o zaman belə çıxır ki, iqamətgahda hər ay orta hesabla 25 -30 litr konyak içilir. Nə az, nə çox 20 yaşlı “Nairi”...Sadəcə bir şey maraqlıdır. Onlar bu qədər konyakı necə içirlər?”, - qəzet yazıb.

Qeyd edək ki, Serj Sarkisyan ancaq “Nairi” konyaklarından içir və qonaqlarına adətən, bu konyakdan təqdim edir.