“Sarkisyan baş nazir seçkisini pozmaq istəyir” - Paşinyan

sarkisyan-bas-nazir-seckisini-pozmaq-isteyir
Oxunma sayı: 1838

“Respublika Partiyası baş nazir seçkilərinin keçirilməsinə mane olmağa çalışır”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə müxalif lider, millət vəkili Nikol Paşinyan bildirib. O, Serj Sarkisyanın gecə keçirdiyi müşavirədə baş nazirin seçilməsi üçün parlamentdə baş tutacaq səsverməni pozmaq göstərişi verdiyini deyib. Paşinyan müxalifçiləri küçələrə çıxmağa və Respublika Meydanına toplaşmağa səsləyib. 

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında yeni baş nazirin seçilməsi məsələsi müzakirəyə çıxarılacaq. Bu posta yeganə namizəd isə Nikol Paşinyandır.

Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir.

Nuranə