Sarkisyan baş nazirin müavinlərini də dəyişmədi

sarkisyan-bas-nazirin-muavinlerini-de-deyismedi
Oxunma sayı: 1106

Ermənistan prezidenti Armen Sarkisyan baş nazirin müavinləri Tiqran Avinyan və Mqer Qriqoryanı vəzifəsində saxlayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin göstərişi rəsmi saytında dərc olunub: “Tiqran Avinyan və Mqer Qriqoryan baş nazirin müavinləri vəzifəsinə təyin edilsinlər”.

Xatırladaq ki, Sarkisyan yanvarın 14-də Nikol Paşinyanı baş nazir postuna təyin edib.