Sarkisyan büdcəyə 18 milyon dollar qaytardı

sarkisyan-budceye-18-milyon-dollar-qaytardi
Oxunma sayı: 1298

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr büdcəyə 18,5 milyon dollar qaytarıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ermənistan baş naziri Vladimir Karapetyan bildirib.

Aleksandr Sarkisyan Ermənistan parlamentinin keçmiş deputatı və zəngin iş adamıdır. Bir müddət öncə onun ölkədəki banklardan birində 30 milyon dolları tapılaraq həbs qoyulmuşdu. O, bəyanatlarından birində həbs cəzası ləğv ediləcəyi təqdirdə bu məbləğin böyük hissəsini dövlətə verəcəyini açıqlamışdı. 

Eks-deputatın oğlu Narek Sarkisyan 2018-ci ildə Praqada İnterpol tərəfindən saxlanılmışdı. O, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.