“Sarkisyan bunu qabardırdı...”

sarkisyan-bunu-qabardirdi
Oxunma sayı: 1324

“Ermənilər   Xocalı soyqırımına qarşı Sumqayıt hadisələrindən istifadə etmək istəyir. Bunu xüsusilə AŞPA-da çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan qabardırdı”. 

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin yaz sessiyasının ilk iclasında deyib. O qeyd edib ki, ermənilər artıq bu məsələni canfəşanlıqla gündəmə gətirirlər: “30 il öncə Sumqayıt hadisələri ermənilərin öz əli ilə- konkret olaraq Qriqoryan tərəfindən törədilib. Bu barədə istintaq materialları da var. Onları  yenidən tapıb ortaya qoymalıyıq. Ermənilərə qarşı indidən qabaqlayıcı addımlar atmalıyıq. Dünyaya göstərməliyik ki, həm Xocalı, həm də Sumqayıt hadisələrini ermənilər törədib”.

 Günel Türksoy