Sarkisyan cavanlaşmaq üçün 185 min xərclədi

sarkisyan-cavanlasmaq-ucun-185-min-xercledi
Oxunma sayı: 2919


Prezident yanvarın 9-da polis maşınlarının müşayiəti ilə “Çaum” klinikasına gəlib. Onu burada qondarma respublikanın eks-prezidentlərindən biri və Rusiyada yaşayan erməni milyoner müşayiət edib. 

Klinikanın əməkdaşlarının sözlərinə görə, Sarkisyanın ümumi xərci 200 milyon Koreya vonu təşkil edib və prezident yanvarın 17-də klinikanı tərk edib. Sayt həmçinin bildirir ki, “Çaum” dünyada da kifayət qədər tanınmış xəstəxanadır. Belə ki, hollandiyalı məşqçi, Cənubi Koreya yığmasının keçmiş baş məşqçisi olmuş Qus Hiddinq də burada əməliyyat keçirib.