Sarkisyan da ABŞ-a getdi

sarkisyan-da-abs-a-getdi
Oxunma sayı: 1148

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da rəsmi səfərdədir.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək. 

Ermənistan prezidenti BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək, həmçinin digər ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev sessiyada iştirak etmək üçün sentyabrın 17-dən bu ölkədə rəsmi səfərdədir.