Sarkisyan Ermənistandakı yoxsulluqdan danışdı

sarkisyan-ermenistandaki-yoxsulluqdan-danisdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri prezident Serj Sarkisyan seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşdə deyib. O bildirib ki, yoxsulluğun təkcə nəticələrini deyil, səbəblərini də aradan qaldırmaq lazımdır: “Təcrübə göstərib ki, təkcə yardım və xeyriyyəçiliklə onu həll etmək olmaz. Biz yoxsulluğu doğuran səbəblərə ətraflı şəkildə baxmalı və aradan qaldırmalıyıq. Balıq və tilov məsələsi hər kəsə məlumdur. Əgər bir insana tilov versəniz, o özü balıq tuta biləcək”