Sarkisyan etirazların səbəbini açıqladı

sarkisyan-etirazlarin-sebebini-aciqladi
Oxunma sayı: 5199

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən etirazların səbəbini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezident xalqa müraciətində söyləyib.

“Biz dəfələrlə ölkədə çoxlu problemlərin olduğunu demişik. Gələcəyə inamın olmaması, sosial çətinlik və gözləntilərin yerinə yetməməsi xalq hərəkatına səbəb oldu. Bu amillər ölkə vətəndaşları üçün əhəmiyyətlidir. Bu vətənimiz üçün tarixi andır, artıq yeni Ermənistan yaratmaq vaxtıdır”,- deyə dövlət başçısı çıxışında qeyd edib.