Sarkisyan İlham Əliyevlə Cenevrə görüşündən danışdı

sarkisyan-ilham-eliyevle-cenevre-gorusunden-danisdi
Oxunma sayı: 3280

“Biz cəbhə xəttində ölüm hallarının baş verməməsi üçün gərginliyin daha da azaldılması yönündə razılığa gəlmişik. Azərbaycan prezidenti və mən bu məsələ ilə dərindən maraqlanırıq. İlham Əliyev həmçinin, mənim kimi problemin çətinliyini anlayır”.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanprezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.

Zirvə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb. 

Bəyanatda görüşün konstruktiv keçdiyi qeyd olunub. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.