Sarkisyan ilk turda qalib gəldi- Exit poll

sarkisyan-ilk-turda-qalib-geldi-exit-poll
Oxunma sayı: 646

Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə “The Gallup Organization” tərəfindən keçirilən exit-pollun bu dəqiqələrdə açıqlanan nəticələrində məlumat verilib. Exit-polun nəticəsinə əsasən, Serj Sarkisyan səslərin 58 faizini toplayıb.

İkinci yerdə “İrs” partiyasının lideri Raffi Ovannisyan 32 faiz səslə qərarlaşıb. Üçüncü pilləni isə 3 faiz səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür.

***
Saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.

Ermənistan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, saat 17:00-a olan vəziyyətə görə, 1 259 374 seçici iştirak edib.

Yerevanda seçkilərdə səsvermə hüququ olanların ümumi sayından 366 mindən çox seçici və ya 44,45 faizi iştirak edib.