Sarkisyan Londonda ev alıb

sarkisyan-londonda-ev-alib
Oxunma sayı: 694

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Zhoghovurd daily” qəzeti xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, Serj Sarkisyan Londonun məşhur ”Downtown” küçəsində yerləşən üçotaqlı evi 15 milyon avroya alıb. Onun qonşuluğunda isə keçmiş baş nazir, Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan yaşayır.

Evi Sarkisyan üçün məhz Armen Sarkisyanın aldığı iddia olunur.

Ermənistan prezidentinin mərbuat katibi Armen Arzumanyan informasiyanı təkzib edərək bu cür “məntiqsiz və absurd” xəbərlərə şərh vermədiyini bildirib.