Sarkisyan müxalifəti danışıqlar masasına dəvət etdi

sarkisyan-muxalifeti-danisiqlar-masasina-devet-etdi
Oxunma sayı: 1604

Ermənistan baş naziri Serj Sarkisyan deputat, “Elk” fraksiyası lideri Nikol Paşinyanı danışıqlar masasına çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir: 

“Ötən həftə ərzində Yerevanda bir sıra mitinq və yürüşlər baş tutdu. Dinc mitinq və yürüşlər keçirməyə ölkəmizin istənilən vətəndaşının haqqı var. Hakimiyyət hər zaman bu haqqa hörmət edib və hörmət edəcək.

Təəssüf ki, bu ictimai aksiyalar tez-tez qanunla icazə verilən çərçivəni keçib və yersiz, anarxist təzahürlər alıb. Mən daxili siyasi proseslərdə baş verənlərdən dərindən narahatam. Bərpa olunmaz itkilərdən qaçmaq üçün Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasına əyləşməyə çağırıram”.