Sarkisyan rəqibini ziyarət etdi - Foto

sarkisyan-reqibini-ziyaret-etdi-foto
Oxunma sayı: 637

Spiker Abrahamian bildirib ki, prezidentliyə namizədə hücum prezident seçkisini pozmaq cəhdi ola bilər. Çünki Hairikian kampaniyasını davam etdirə bilməsə qanuna görə seçki 15 gün təxirə salınmalıdır.

63 yaşlı Hairikian Sovet hakimiyyəti illərində gizli siyasi təşkilata üzv olmaq və qanunsuz gizli qəzet yaymaq ittihamı ilə 11 il həbsxanada yatıb, 3 il də SSRİ daxilində sürgünə məruz qalıb.

Milli Öz müqəddəratını Təyinetmə Partiyasının sədri olan Paruyr Hairikian fevralın 18-ə nəzərdə tutulan prezident seçkisində 3 əsas müxalifət namizədindən biri hesab edilir./azadliqradiosu/