Sarkisyan Sakaşvilinin qonağıdır

sarkisyan-sakasvilinin-qonagidir
Oxunma sayı: 632

O, Gürcüstana ikigünlük səfərə gəlib.
Hava limanında Ermənistan Prezidentini və onun xanımını Gürcüstan XİN rəhəbri Qriqol Vaşadze və Parlamentin vitse-spikeri Mixail Maçavariani qarşılayıb.

Sarkisyan aeroportdan Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşmək üçün Prezident sarayına yollanıb. Görüş təkbətək formatda, daha sonra isə geniş tərkibdə keçiriləcək.

Səfər zamanı sərhəd, nəqliyyat və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Ermənistan Prezidentinin xanımı üçün Gürcüstanın birinci xanımı Sandra Rulovsun iştirakı ilə mədəniyyət proqramı nəzərdə tutulub.

Saakaşvili ilə görüşdən sonra Sarkisyan Qəhrəmanlar meydanında Gürcüstanın birliyi uğrunda mübarizlərin abidəsinə əklil qoyacaq.

Ermənistan Prezidenti elə bu gün Gürcüstan parlamentinin spikeri David Bakradze və bütün Gürcüstanın katalikos-patriarxı İkinci İliya ilə görüşəcək.

Noyabrın 30-da Sarkisyanlar Tbilisidəki erməni kilsəsinə baş çəkəcəklər. Daha sonra Ermənistan Prezidenti Gürcüstan-Ermənistan biznes forumunda iştirak edəcək.