Sarkisyan uşaqlara burqer hazırladı - “Bəyənməsəz, istefa verəcəm”

sarkisyan-usaqlara-burqer-hazirladi
Oxunma sayı: 1976

Ermənistan prezidenti Armen Sarkisyan və ölkənin birinci xanımı Nune Sarkisyan Uşaqların Beynəlxalq müdafiəsi günündə “Orran” xeyriyyə fonduna baş çəkiblər.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyan uşaqlar üçün burqer hazırlayıb. O bildirib ki, əgər xoşlarına gəlməsə, kulinar postundan istefa verməyə hazırdır.